ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 97,2 min nəfər və ya 1% artaraq 2014-cü il noyabr ayının 1-i vəziyyətinə 9 574,3 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləri təşkil edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !