Azərbaycanda əmək observatoriyası yaradılacaq

18:20 | 28.11.2017
Azərbaycanda əmək observatoriyası yaradılacaq

Azərbaycanda əmək observatoriyası yaradılacaq

2020-ci ilədək Azərbaycanda əmək bazarının qiymətləndirilməsi və monitorinqi üzrə milli observatoriya yaradılacaq.

Anews.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, bu observatoriyanın yaradılmasında beynəlxalq təşkilatlar iştirak edəcəklər.

Nazir bildirib ki, bu məsələ bu gün Dünya Bankı, Avropa İttifaqı, Avropa Təhsil Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunacaq.

S.Müslümov qeyd edib ki, Azərbaycanda observatoriyanın yaradılmasına Avropa İttifaqı kömək edəcək.

Bu cür strukturun yaradılmasının vacibliyindən danışan nazir vurğulayıb ki, bu gün nazirlik təkbaşına əmək bazarının qiymətləndirilməsini aparmaq gücündə deyil, ona görə də observatoriyanın yaradılması bu istiqamətdə vacib addımdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti