Azərbaycanda ən məhşur sosial şəbəkələr - Siyahı

23:02 | 29.12.2014
Azərbaycanda ən məhşur sosial şəbəkələr - Siyahı

Azərbaycanda ən məhşur sosial şəbəkələr - Siyahı

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ayda Azərbaycanda "Youtube" sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, "Facebook" və "Twitter" sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
 
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, ölkəmizdə  "Youtube" sosial şəbəkəsinin payı 90 faizədək artaraq sosial media bazarının 28,52  faizini təşkil edib.
İstifadəçi marağına görə ikinci yeri 64,77 faiz bazar payı ilə "Facebook" sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,31 faiz bazar payı ilə "Odnoklassniki" sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur. "Twitter" şəbəkəsinin Azərbaycanda bazar payı 1,58 faiz təşkil edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM