2014-cü ilin yanvar-iyun ayları üçün “Nokia” şirkətinin Azərbaycan bazarında payı 27,22 faizə qədər azalıb.ANN.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə “Global Stats” statistik mərkəzi bildirib.2014-cü ilin iyul ayının 1-nə olan məlumata görə “Nokia” şirkətinin Azərbaycan bazarında payı 20,38 faizdən ibarət olub. 2013-cü ilin analoji dövrü üçün bu göstərici 46 faizdən ibarət olub. “Nokia” şirkəti Azərbaycanın mobil telefon bazarında ikinci yeri tutur.2014-cü ilin birinci yarımilliyinin nəticələrinə görə, 11,5% artım “Samsung” mobil qurğular şirkətində müşahidə edilib.Cənubi Koreya istehsalçısı Azərbaycanda mobil qurğular bazarında birinci yeri tutur, və bazarın 42,77%-i ona məxsusdur. 2013-cü ilin analoji dövr üçün göstəricisi ilə müqayisədə “Samsung”un payı 41,85% olub.2014-cü ilin 6 ayı üçün “Apple” mobil qurğular şirkətinin payı da nəzərə çarpıb. Azərbaycan mobil telefonlar bazarında “Apple” qurğuları 15,13% payla üçüncü yeri tutur. Analoji dövr üçün 2013-cü il göstəriciləri ilə müqayisədə “Apple”ın payı 21,72% artımdan ibarət olub.Dördüncü yerdə 6,18 faizlə naməlum istehsalçıların mobil qurğularıdır. Daha sonra “Sony” – 5,6%, “Huawei” – 3,45%, HTC-2,75%, “Blackberry” – 1,83%, LG –1% və “Google” – 0,22%-lə gəlir. //Trend
Bizi sosial şəbəkələrdə izləyin !