Qanunsuz ov etməyə cəhd edən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.
Araşdırma zamanı onların Səudiyyə Ərəbistanı vətəndaşları Abdulrahman Fahad Almehemid, Nasser Saleh Alnuuayser, Fahad Sulaiman Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !