2023-cü ilin on bir ayında Azərbaycanda faktorinq (ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır, kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır) əməliyyatlarının həcmi 594.6 milyon manat təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 95.4 milyon manat və ya 19% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
2023-cü ilin noyabrında faktorinq xidmətlərinin həcmi 51 milyon manata yaxın olub.
Ötən ilin iyunun sonunda faktorinq əməliyyatlarının həcmi banklar üzrə 65,1 milyon manat, 2022-ci ilin sonunda isə 40,2 milyon manat təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !