Azərbaycanda fəaliyyət göstərən Fransanın "TotalEnergies” şirkəti üçün hər hansı risk təhlükəsiz yoxdur. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Məsələlərin bir-birinə qarışdırılmasının tərəfdarı deyiləm. Fransa şirkəti illər öncə tenderin qalibi olub və burada fəaliyyət göstərir. Bu fəaliyyət də öhdəliklər çərçivəsində hüquqla tənzimlənir. Azərbaycana yatırım edən şirkətlər çoxdur. Gəlir əldə edirlər. Hüququ olduğu təqdirdə hər hansı risklər görmürəm", - nazir dekabrın 28-də jurnalistlər üçün keçirdiyi ilin yekunlarına dair mətbuat konfrasında deyib.
"TotalEnergies” Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir, burada o, "Abşeron” qaz-kondensat yatağında SOCAR-ın 50 faiz tərəfdaşıdır və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 5 faiz paya malikdir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !