Azərbaycanda futbolçular oyunlardan əvvəl koronavirus testi verəcək

16:04 | 18.08.2020
Azərbaycan Premyer Liqasının matçlarından 60 saat əvvəl futbolçular, komanda üzvləri, həmçinin hakimlər koronavirus testindən keçəcəklər. 

Anews.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının 2020/2021 mövsümünün Əsasnaməsinə Əlavəsində öz əksini tapıb. 

Həmin şəxslər PHŞ-da "COVID-19" (PZR) üsulu ilə testlər keçirilməlidir. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 21-də başlayacaq. 
www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM