Azərbaycanda güclü partlayışın qarşısı alındı

23:33 | 13.03.2015
Azərbaycanda güclü partlayışın qarşısı alındı

Azərbaycanda güclü partlayışın qarşısı alındı

40 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb

Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Qalaşıxı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Abşeron rayonu, Novxanı kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yanğınsöndürənlər tərəfindən köməkçi tikilinin içərisində həcmi 40 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik ev yanğından mühafizə olunub.

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM