Azərbaycanda gənələrin yeni növləri aşkarlandı

15:53 | 30.03.2015
Azərbaycanda gənələrin yeni növləri aşkarlandı

Azərbaycanda gənələrin yeni növləri aşkarlandı

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı aktinedid gənələrin ölkə faunası üçün bir neçə yeni növünü aşkar edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, Araxnologiya laboratoriyasının biologiya üzrə fəlsəfə doktoru Oqtay Aslanov Qafqazın dağ-çöl və dağ-meşə qurşaqlarında apardığı araşdırma nəticəsində Qafqaz faunası üçün 1 cins, 4 növ, Azərbaycan faunası üçün isə 3 cins və 4 növ müəyyən edib. Abşeron, Xaçmaz və Lənkəran ərazilərində apardığı tədqiqatlar nəticəsində isə O. Aslanov dünyada ilk dəfə olaraq Spinibdella tenuirostris növünün (Bdellidae fəsiləsi) erkəyi və Neomolgus paracapillatus növünün dişisini tapıb.

Qeyd etmək lazımdır ki, bu sahə üzrə müxtəlif illərdə bir çox alim tərəfindən araşdırmalar aparılıb. Lakin 1986-cı ildən bu günə kimi aktinedid gənələrin tədqiqatı yalnız Oqtay Aslanovun adı ilə bağlıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM