Azərbaycanda güclü zəlzələ ola bilər

12:00 | 26.05.2015
Azərbaycanda güclü zəlzələ ola bilər

Azərbaycanda güclü zəlzələ ola bilər

Tahir Məmmədli: "Goranboyda baş verən zəlzələ nədir ki?”

Bu gün yerli vaxtla saat 06.20-də Goranboyda baş verən zəlzələni orta güclü hesab etmək olar. Respublika Seysmoloji Xidmət Mərkəzinin sesymoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında bildirib ki, bundan da güclü zəlzələ ola bilər.

"Bu nədir ki? Goranboyda baş verən yeraltı təkan 4 bal gücündə hiss olunub. Amma ocağın özündə 4,7 bal olub. Həmin hadisə Göygöl rayonu ərazisindəki zəlzələ ocağına yaxın yerdə qeydə alınıb. Bunu eyni qırılma kimi qiymətləndirmək olar”, - deyə Tahir Məmmədli bildirib.

Alimin sözlərinə görə, keçmişdə həmin ərazidə Göygölü əmələ gətirən zəlzələ olmuşdu. Onun fikrincə, həmin ərazi aktivdir. "Ümumiyyətlə Şamaxı-İsmayıllı, Zaqatala-Balakənd, Lənkəran, Lerik-Masallı, o cümlədən Gəncə ocaqları aktivdir. Orada 4-5 bal gücündə zəlzələlər elə də güclü sayılmır. Bu ocaqlarda aktivlik tez-tez baş vermir. Bir neçə ildən bir zəlzələ baş verir”.

Ekspert deyir ki, Azərbaycanda bir çox seysmoloji aktiv zonalar da var. Həmin ərazilərdə güclü zəlzələ olmasını gözləmək lazımdır: "Bəzi mütəxəssislər həmin ərazilərdə enerjinin boşalmasını deyirlər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmur. Yenə həmin yerlərdə titrəyişlər olur. Bu da onu göstərir ki, zəlzələlər hansısa qanunauyğunluq tanımır. Ona görə də, demək olmur ki. indi burda zəlzələ olub, bir də neçə vaxtdan sonra olacaq. Çünki bu çox mürəkkəb proseslərdir. Sadəcə seysmoloqlar harada güclü zəlzələ ola bilər və onun gücünü deyə bilərlər”.

Bakıda güclü zəlzələ olmasına gəlincə, ekspert bunu mümkünsüz sayır. Bakı və Abşeron üün güclü zəlzələ olması üçün real şərait yoxdur. Sadəcə olaraq, Xəzər dənizində baş verə biləcək güclü zəlzələ Bakıya təsir edə bilər. Həmin ərazilər də güclü zəlzələ olacağını əsaslandıran seysik hadisə olmayıb. Əgər gələcəkdə, Xəzər dənizində güclü zəlzələ olarsa, bu Bakıya təsir edə bilər.

Bakıda yaxın gələcəkdə güclü zəlzələ olacağını proqnozlaşma demək mümkün deyil. Paytaxt üçün güclü zəlzələ yarada biləcək ocaqlarda da aktivləşmə də müşahidə olumur.

"Xəzər dənizində olan zəlzələlər Bakı üçün 8 bal gücündə təhlükə yarada bilər. Bəzi yerlərdə isə həmin zəlzələlər 9 bal gücündə hiss oluna bilər”, - deyə Tahir Məmmədli qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM