Azərbaycanda hansı bərpa olunan enerji mənbələrindən istifadə olunur - AÇIQLAMA

Azərbaycanda ümumi bərpa olunan enerji potensialı 27 min meqavat kimi Bu sözləri Anews.az-a Energetika nazirliyindən bildirilib.
"Bu potensialın 23 mini günəş enerjisinin payına düşür, 3 mini isə külək enerjisinin. Eyni zamanda, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı isə 520 meqavat ətrafında qiymətləndirilir" - deyə, qurumun məlumatında qeyd olunub.
Ölkəmizdə elektrik enerjisi üzrə ümumi qoyuluş gücü 7530 meqavatdır. Bunun 1293 meqavatı su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payına düşür. Buna əsasən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payının 17.2 faiz olduğunu deyə bilərik. Lakin elektrik enerjisi istehsalında bu rəqəm bir qədər aşağıdır. Çünki bərpa olunan enerji mənbələri coğrafi faktorlardan asılıdır, məsələn günəş enerjisi radiasiyanın miqdarından, külək enerjisi isə küləyin orta illik sürətindən asılıdır. 2020-ci ildə 25.8 milyard kilovat saat elektrik enerjisi istehsal olunub. Bunun 1.4 milyard kilovat saatı bərpa olunan enerjinin payına düşüb.
Rafiq Şahbazov
www.anews.az
Son xəbərlər
Daha çox 