• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Mərkəzi Bankı aktivlərini 5 % artırıb

Azərbaycan Mərkəzi Bankı aktivlərini 5 % artırıb
23.05.2025 10:20

2025-ci ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 36 milyard 519,931 milyon manat təşkil edib. Bu da  ötən il yanvarın 1-nə nisbətən 5 % çoxdur.  Bu barədə qurumun maliyyə hesabatından bildirilib.

AMB-nin aktivlərinin 25 milyard 843,927 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 4,5 % az), 8 milyard 588,695 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (52,6 % çox), 1 milyard 129,358 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (6,5 % az) təşkil edib. 

2024-cü ildə AMB-nin öhdəlikləri 3,9 % artaraq 34 milyard 522,896 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 0,8 % artaraq 17 milyard 449,091 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9 % azalaraq 6 milyard 265,219 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,1 artaraq 7 milyard 990,124 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 3 % azalaraq 1 milyard 175,186 milyon manat olub. 

İl ərzində qurumun balans kapitalı 28,5 % artaraq 1 milyard 997,035 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol