Azərbaycanda həcc ziyarəti bahalaşıb - VİDEO

20:26 | 20.02.2024
Azərbaycanda həcc ziyarəti bahalaşıb - VİDEO

Azərbaycanda həcc ziyarəti bahalaşıb - VİDEO

Həcc ziyarətinə getmək istəyənlər bu il bir nəfərlik ziyarət paketi üçün  5850 dollar ödəməli olacaq. Bu da ötən ilkindən 100 dollar bahadır.  Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. 

İdarədən bildirilib ki, qiymətlər turizm sektorunda olan qiymətlərlə müqayisədə elə də baha deyil. 

"Həcc ziyarəti 20-22 gün çəkir. Bura  hotel xərcləri, gündə üç dəfə yemək , bir sözlə zəvvarın bütün ehtiyacları daxildir.  Hazırkı dünyamıza baxsaq, hər yerdə iqtisadi böhrandır. Bizdə hələ o qədər də bahalaşma yoxdur. Ərəb ölkələrində  qiymətlər bizdən xeyli bahadır", - Qafqaz Müsəlmanları İdarəsinin məlumatına deyilir. 

Azərbaycanda çalışan  turizm şirkətləri onlara da zəvvar göndərmək səlahiyyətinin verilməsini istəyir. 

Azərbaycandan fərqli olaraq başqa ölkələrdə zəvvarlar üçün seçim imkanı yaradılır. Ona görə də rəqabət şəraitində daha ucuz qiymətlər təklif olunur. 

Məsələn Türkiyədə qiymətlər  Azərbaycanla müqayisədə daha ucuzdur. Çünki ziyarət üçün  200-dən çox tur şirkət ziyarət paketi satır. Həcc ziyarəti üçün öncədən təşkil olunmuş lotereya oynanılır. 

Ən çox ziyarətə zəvvar göndərən İran bu il həcc və zümrə ziyarətinə adam göndərməyəcək. 
 
Daha ətraflı video materialda:
 

 
 
 İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

Aytac Zeynalova
Aygün Mirakif
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM