• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Azərbaycanda hərbi ixtisaslar üzrə kurslar fəaliyyətə başlayır

Azərbaycanda hərbi ixtisaslar üzrə kurslar fəaliyyətə başlayır
23.01.2015 15:39
Fevralın 2-dən Azərbaycanda snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığına start verilir.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin sədri Şahvələd Əliyev bildirib.

Ş. Əliyev deyib ki, hazırda «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən aşpaz və sürücü xüsusi ixtisasları üzrə Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulmuş digər birləşmələr üçün mütəxəssislər hazırlanır. Snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığı üçün tələb olunan maddi-tədris bazanın formalaşdırılması işləri tam yekunlaşdırılıb, həmin kurslara cəlb olunacaq çağırışçıların komplektləşdirilməsi prosesi isə yekun mərhələdədir.

Cəmiyyət sədri onu da əlavə edib ki, ilk olaraq snayper kursları «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filialı, Zaqatala rayon və Şəki şəhər filiallarında, paraşütçü kursları isə Balakən rayon 1 nömrəli filiallarında keçiriləcək. Bununla yanaşı aşpaz kursları Cəmiyyətin Gəncə şəhər 3 nömrəli filialında da açılıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Taksidə əlavə ödəniş tələbi qadağan edilib
Cəmiyyət 17:16
Taksidə əlavə ödəniş tələbi qadağan edilib
Baş nazirdən yeni Qərar
Cəmiyyət 16:31
Baş nazirdən yeni Qərar
Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX
Cəmiyyət 16:22
Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Cəmiyyət 16:11
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Cəmiyyət 15:34
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Qarabağda 3 minə yaxın şagird təhsil alır
Cəmiyyət 12:26
Qarabağda 3 minə yaxın şagird təhsil alır
Sabah hava yağmursuz olacaq - Proqnoz
Cəmiyyət 12:19
Sabah hava yağmursuz olacaq - Proqnoz
Bakıda silah-sursat aşkarlanıb
Cəmiyyət 12:04
Bakıda silah-sursat aşkarlanıb
Nazir alimlərlə görüşüb
Cəmiyyət 11:02
Nazir alimlərlə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol