Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda yanğın və partlayış baş verib.
Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, zavodda yanğın baş verib. Yanğın günorta saatlarında qeydə alınıb.
Hələlik hadisənin təfərrüatları bəlli deyil. Növbətçi hissədən verilən məlumata görə, idarənin əməkdaşları hazırda hadisə yerindədir.
"Bizdə olan məlumata görə, yaralılar var. Ölüm haqqında isə heç bir informasiya yoxdur. Hadisə yerində təcili yardım briqadaları, polis və prokurorluq əməkdaşları işləyir".
İlkin məlumata görə, yanğın nəticəsində yaralananların sayı 20-yə yaxındır.
Hadisə barədə ətraflı məlumat veriləcək.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !