Azərbaycanda tətbiq olunan icbari sığorta haqlarının yaxın vaxtlarda artırılması gözlənilmir.
"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib: "Çünki bunun üçün heç bir iqtisadi əsas yoxdur".
"Bu məsələ o vaxt müzakirə oluna bilər ki, həmin sığorta növü sığortaçılara zərər gətirsin. Hazırda isə belə bir problem yoxdur", - deyə N.Xəlilov qeyd edib.
Dövlət Xidmətinin rəisi əlavə edib ki, əgər bu gün Azərbaycanın icbari sığorta sahəsində problem varsa, bu da zərərlə bağlı deyil: "Sığorta şirkətləri üçün problem işin aparılması, xərclərinin yüksək olmasındadır. Bu gün sığorta şirkətləri o barədə düşünməlidir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !