Azərbaycanda ilk

18:06 | 04.07.2014
Azərbaycanda ilk

Azərbaycanda ilk

Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlara insulinin vurulmasında pompalardan istifadə olunacaq. Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Yeganə Sultanova APA-ya açıqlamasında deyib ki, yeni 90 ədəd pompalar 3-18 yaş arası 90 nəfər uşaq üçün nəzərdə tutulub. Pompalar dövlət tərəfindən mərkəzləşmiş formada Respublika Endokrinoloji Mərkəzinə təqdim olunub və pulsuz formada uşaqlara tətbiq ediləcək. Pompalar Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınıb və mərkəzə təqdim olunub. Pompanın insulinin yeridilmə metodu olduğunu söyləyən Y. Sultanova qeyd edib ki, bunun adi insulinin vurulmasından fərqli cəhətləri var: “Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, nə qədər az və ya çox olması kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha gözəl kompensasiya etməyə imkan verir. İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır. Pompada ultraqısa və yaxud qısa təsirli insulin istifadə olunur. Onun da iynəsi 3 gündən bir dəyişilir. Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) gündə 1-2 dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulin vurulur. Amma yeni metodda insulin iynəsi bir də dəri altına yeridilir, şunur vasitəsilə pompayla əlaqələndirilir və 3 gündən bir dəyişilir. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şunur vasitəsilə pompa ilə əlaqələndirilir. Pompanın işində insulin rezervuarı olur və bu, proqrama uyğun olaraq uşaqlara insulin yeridilir”. Direktor müavini qeyd edib ki, pompa şəkərli diabetlə xəstə olan uşaqlara tətbiq olunacaq və burada müəyyən meyarlar var. Onun sözlərinə görə, mərkəzə gələn hər bir uşağa bunu tətbiq etmək olmaz: “Bu gün mərkəzdə Bakı şəhəri üzrə 380 nəfər uşaq var. Bunların hamısına pompa taxıla bilməz. Müəyyən yaş həddində, müəyyən təlimli olan, özünü idarə edə bilən, süd çağı sindromu olan, kompensasiyası yaxşı getməyən yeniyetmə dövründə olan uşaqlar uşaqlara bunu tətbiq etmək lazımdır. Lakin psixoloji xəstəliyi olan, təlimli diabetə yaşamaq bilik və bacarığı olmayan uşaqlara bunları qoymaq olmaz”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti