• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışdı, kəndlər susuz qaldı

Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışdı, kəndlər susuz qaldı
06.06.2020 16:47
Neftçala rayonunda içməli su problemi yaranıb.

"Report” xəbər verir ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, Sübh, Qırmızı Şəfəq, 1-ci Mayak, 2-ci Mayak, Yenikənd, Bankə qəsəbəsi, Kürkənd, Şirvanlı, Uzunbabalı, Tatarməhlə kəndlərində içməli su problemi yaranıb. 

Vəziyyətin ciddiliyi nəzərə alınaraq Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Əhalini içməli su ilə təmn etmək məqsədilə əraziyə "Azərsu" ASC-nin 10-na yaxın xüsusi təyinatlı su maşını cəlb edilib. Həmin maşınlar vasitəsilə şəhər, eləcə də sözügedən kənd əhalisinə içməli su verilir.
Kür çayının suyu dəniz suyu qarışdığına görə şorlaşdığından əkin sahələrinin suvarılması dayandırılıb. Mal-qaranın suvarılmasında isə ciddi problemlər yaranıb.

Hələlik Kürün aşağı axınında yaranmış vəziyyət nəzarətə götürülsə də, gərginlik davam edir.

Məlumata görə, Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi artırılmasa, mövcud vəziyyət qısa müddətdə aradan qaldırılacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
Cəmiyyət 22:25
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Cəmiyyət 22:00
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 19:05
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Cəmiyyət 18:30
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
Cəmiyyət 18:00
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Cəmiyyət 17:27
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 17:12
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Cəmiyyət 16:28
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Cəmiyyət 15:31
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol