• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcək

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcək
12.09.2024 12:18
Sentyabrın 14-15-də Göygöl rayonunun Keşkü kəndində Azərbaycanda ilk dəfə "Moruq Festivalı” keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları nazirliyə məxsus "Aqroservis” ASC, Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, eləcə də Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyidir.


Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.


Tədbirdə ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, yerli istehsalçıların təqdim etdiyi moruq sortlarının dequstasiyası və satışı təşkil ediləcək. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanacaqlar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramların nümayişi nəzərdə tutulur.


Həftəsonu hər gün 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünəcək. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkə biləcək, müxtəlif dequstasiya tədbirlərində iştirak edəcək, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyə biləcəklər. Ziyarətçilər eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanacaqlar. Ərazidə xüsusi kampinq zonasının təşkili də nəzərdə tutulub.


Festivalı hər gün ən azı 3 min insanın ziyarət edəcəyi proqnozlaşdırılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Cəmiyyət 14:15
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Deputat:Azərbaycan media məkanında islahatlara hazırlaşır
Cəmiyyət 13:49
Deputat:Azərbaycan media məkanında islahatlara hazırlaşır
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
Cəmiyyət 13:27
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
İnformasiya təhlükəsizliyi strateji məsələdir - Spikerin müavini
Cəmiyyət 13:25
İnformasiya təhlükəsizliyi strateji məsələdir - Spikerin müavini
Sabah yağış yağacaq, külək güclənəcək
Cəmiyyət 13:18
Sabah yağış yağacaq, külək güclənəcək
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Cəmiyyət 13:00
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Cəmiyyət 12:40
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Cəmiyyət 12:28
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 11:36
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol