• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin İrana hücumu pislənməlidir, Qəzzada baş verənlər insanlıq faciəsidir - Şahbaz Şərif

İsrailin İrana hücumu pislənməlidir, Qəzzada baş verənlər insanlıq faciəsidir - Şahbaz Şərif
04.07.2025 14:22

Pakistan Prezidenti Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə çıxış edərək iqlim dəyişiklikləri, regional qeyri-sabitlik və humanitar böhranlara toxunub.

O, İsrailin İrana və Qəzzaya qarşı hərbi əməliyyatlarını qətiyyətlə pisləyib və Kəşmirdəki son insidentlərlə bağlı Hindistanı məsuliyyətli davranmağa çağırıb.

“2022-ci ildə dağıdıcı daşqınlarla qarşılaşdıq. Bu, insanların qazanc imkanlarını məhv etdi. Ötən həftə bəzi ölkələrdə təbii fəlakətlər insan tələfatına səbəb oldu. Pakistan olaraq biz bərpa və davamlı müqavimətə əsaslanan dörd sütunlu model təqdim edirik,” –  prezident bildirib.

O, aşağı emissiyalı dəhlizlərin yaradılmasının və ekoturizmin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. “Bu platformalarda dayanıqlı sistemlər və yaşıl dəhlizlər müzakirə edilməlidir.”

Prezident, həmçinin bildirib ki, hazırda regionda qeyri-sabitlik hökm sürür və bu, İƏT məkanında təhlükəsizliyi pozur.

“İsrailin İrana qarşı hücumlarını və qardaş ölkəyə təcavüzünü qətiyyətlə pisləyirik. Yaralananlara şəfa diləyir və İrana başsağlığı veririk.”

Kəşmirdəki gərginliyə toxunan dövlət başçısı Hindistanın su resurslarına dair sazişi pozduğunu və 240 milyon pakistanlının suya çıxışını əngəllədiyini bildirib. “Heç kim bu barbarlığa göz yummamalıdır,” –  o qeyd edib.

O, Qəzzada aclığın geniş vüsət aldığını və hətta BMT-nin belə hücuma məruz qaldığını bildirib.

Prezident Pakistanın barbarlığa, xüsusilə Kəşmir və Qəzzada törədilən zorakılıqlara qarşı çıxdığını vurğulayıb. O, İƏT-ə üzv dövlətlərin dəstəyinə təşəkkür edib və bildirib ki, 2027-ci ildə Pakistanın Ləhor şəhəri İƏT-in mədəniyyət paytaxtı seçilib və öhdəliklər yerinə yetiriləcək.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol