ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir.
Layihədə bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən avtobuslarla marşrutlar üzrə sərnişin daşınması da həyata keçiriləcək. Bu marşrutların gələcəkdə Bakı şəhəri və regionlar üzrə genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən elektrik taksilərinin də Bakıya gətirilməsi layihənin tərkib hissəsidir.
Bakı şəhərində (parkinqlərdə, küçələrdə) və magistral yolların bir çoxlarında müasir texnoloji vasitələrlə təmin olunan enerji doldurma cihazları quraşdırılacaq, stansiyalar tikiləcək. Xüsusi proqram təminatı ilə idarə olunan enerji doldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir. Həmçinin elektrik avtomobillərini adi elektrik qutularından da enerji ilə doldurmaq mümkün olacaq.
Qeyd edək ki, layihəni Azərbaycanda ilk dəfə olaraq "GreenCar” təqdim edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !