Türklər Azərbaycanın "Dreamliner" təyyarəsini belə qarşıladı - FOTOLAR

13:06 | 13.02.2015
Türklər Azərbaycanın

Türklər Azərbaycanın "Dreamliner" təyyarəsini belə qarşıladı - FOTOLAR

Azərbaycan Hava Yollarına məxsus "Boeing 787" tipli "Dreamliner" ("Arzuların təyyarəsi") ilk dəfə Atatürk Hava Limanına eniş edib.

Bu barədə "Milliyet" saytı xəbər verib və təyyarə ilə bağlı fotosessiya təqdim edib. Xəbərdə deyilir ki, "Boeing" şirkətinin "Dünya müasir hava nəqliyyatında yeni bir mərhələ başlatdıq" şüarı ilə istehsal etdiyi "Boeinq 787" "Dreamliner"in yeni sahiblərindən biri də Azərbaycan Hava Yollarıdır. Bakıdan İstanbula uçan təyyarə yerli vaxtla saat 10.30-da eniş edib.

Azərbaycan Hava Yollarına 2014-cü ilin dekabrın 23-də daxil olan 2 "Arzuların təyyarəsi" ən geniş təyyarə olması ilə məşhurdur. 23 sıra oturacaqlı bu təyyarə İstanbula 142 sərnişinlə eniş edib və Azərbaycana 102 sərnişinlə qayıdacaq.

ANN.Az
 
 
 








 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb