Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.
İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər planına əsasən icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib. O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !