Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib

21:37 | 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib

Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib

NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüb.NATO rəsmisi bu barədə "X” hesabında yazıb.

"NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonra normallaşma prosesində regional dinamika müzakirə edildi”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM