Son 1 ildə verilmiş kreditlərin orta məbləği 40 524 manatdır.
2015-ci ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanda 47 milyon manat məbləğində ipoteka krediti verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı hesabatda qeyd olunub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə, 5,7 milyon manat və ya 10,8% azdır.
Qeyd edək ki, son 1 ildə verilmiş kreditlərin orta məbləği 40 524 manat, kreditlərin orta illik faiz dərəcəsi 6,74% (bir ayda dəyişməyib), kreditlərə görə aylıq ödəniş məbləği isə 0,3 manat azalaraq, 297,3 manat təşkil edib.
Kreditlərin orta müddəti isə son 4 ayda dəyişməz olaraq qalıb, 279 ay.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !