Alman avtomobil sənayesi işlənmiş avtomobil bazarının yarısını tutur. Rus avtomobilləri isə işlənmiş maşınların arasında az təmsil olunurlar.
Oxu.Az xəbər verir ki, bu barədə pulsuz elanlar "Sovde” saytının analitikləri Azərbaycanda təkrar avtomobil bazarı barədə araşdırma apardıqdan sonra bildiriblər.
Bütün işlənmiş avtomobillərin satış elanlarının üçdə birindən çoxu "Mercedes”in üzərinə düşür. Bu zaman təkliflərin əsas hissəsi – sedanlar "C-klass”a olur. Həmçinin "BMW”, "Opel” və "Volkswagen” avtomobilləri Azərbaycanda məşhurdur. Ümumi olaraq bütün alman avtobrendləri təkrar bazarın yarıdan çoxusunu saxlayırlar.
Lakin "almanları” tədricən "yaponlar” və "koreyalılar” sıxışdırırlar. Belə ki, elanların 20%-i "Hyundai” və "KİA”nın payına düşür.
Maraqlıdır ki, Azərbaycanda təkrar avtomobil bazarı nisbətən bahalıdır. Belə ki, satışa çıxarılan minik avtomobilinin orta qiyməti 12 000 manat təşkil edir, təqribən 12 000 dollara uyğundur. Bu, xeyli bahadır. Məsələn, zəngin Avropa ölkələrinin birində, Almaniyada, maşının orta qiyməti 10 000 dollardan çox deyil, yoxsul birində isə - Ukraynada, təxminən 7 000 dollar təşkil edir.
Ən yüksək qiymətlər Azərbaycanda işlənmiş "Lexus” (50 000 manat), "Toyota” və "Land Rover” markalı avtomobillərədir (təxminən 30 000 manat). Ən ucuz məşhur brend isə "Opel”di, bu markadan olan avtomobilləri orta hesabla 6 500 manata satırlar.
Yeri gəlmişkən, üçdə birindən çox avto Azərbaycan təkrar bazarında 15 000 manatdan daha cox qiymət var, halbuki büdcə təkliflər 5 000 manata qədər yalnız 10% elanlar da rast gəlinir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !