Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, professor Həmid Alıyev vəfat edib.
Anews.az Report-a istinadən xəbər verir ki, H.Alıyev 64 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Alıyev Həmid Alıhüseyn oğlu 1953-cü il dekabrın 6-da Zərdab rayonun Şahhüseynli kəndində anadan olub. 1975-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) "Tarix” fakültəsinə daxil olub və 1981-ci ildə təhsilini başa vurub.
2014-cü il 1 fevral tarixində doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Prof.H.A.Alıyev 80-dən artıq elmi məqalə, o cümlədən 4 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir. Bu ildən Tarix və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsini icra edib.
Ailəli idi, dörd övladı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !