Sportinfo.az-ın əldə etdiyi özəl məlumata görə, Tərlan Əhmədovun köməkçisi komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb. Məşqçi böyük ehtimalla, danışılmış oyunlarla bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb.
Saytın əldə etdiyi digər məlumata görə, "Binə" klubunun prezidenti Teymur Həsənli də saxlanılıb. Onun da adı oyunların nəticəsinin manipulyasında hallanır. Güman olunur ki, Həsənlinin məsələsi "Binə"nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümü ilə bağlıdı.
Məlumat üçün deyək ki, həmin mövsümündə komanda aşağı dəstədə 7-ci yeri tutmuşdu. Komandaya o ərəfədə hazırda "Keşlə"də Tərlan Əhmədovun köməkçisi olan Mehman Babayev başçılıq edirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !