Azərbaycanda koronavirusa yoluxanların sayı 38 mini keçdi
11.09.2020 16:54
Azərbaycanda indiyədək ümumilikdə 38037 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan anews.az-a verilən məlumata görə, onlardan 35440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.