“Azərbaycanda korrupsiyaya yer olmamalıdır”

09:00 | 06.02.2014
“Azərbaycanda korrupsiyaya yer olmamalıdır”

“Azərbaycanda korrupsiyaya yer olmamalıdır”

“Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcək”.Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcək.  APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı yekun çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycanda  tədbirlər görülür, islahatlar aparılır, inzibati metodlar, cəza tədbirləri görülür: “Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcək. Mən “ASAN xidmət”-in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”-ə bir milyon müraciət olub. Tam şəffaflıq təmin edilib, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcək. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar”. Prezident bəyan edib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır: “Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır”. İlham Əliyev xəbərdarlıq edib ki,  cəza tədbirləri görülür və görüləcəkdir: “Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”. Prezident regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı yekun nitqində bildirib ki, kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaq: “Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcək. Nazirlikdə struktur dəyişiklikləri aparılmalıdır. Buna böyük ehtiyac vardır. Bu yeni struktur müasir tələblərə cavab verməlidir. Mən əvvəlki müşavirələrdə də qeyd etmişəm. Bu gün də qeyd etmək istəyirəm ki, fermerlərin elektron qeydiyyat sistemi yaradılmalıdır, bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir bölgə üzrə, yetişdirilən hər bir kənd təsərrüfatı məhsulu üzrə xüsusi bir yanaşma tərzi olmalıdır. Torpaqların elektron uçot sistemi yaradılmayıb, yaradılmalıdır”. Dövlət başçısı deyib ki, subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir: “Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilib. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq Sərəncam da imzalanacaqdır. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü Sərəncam olacaqdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM