Azərbaycanda kredit borcu ilə əlaqədar STATİSTİKA

13:00 | 07.09.2015
Azərbaycanda kredit borcu ilə əlaqədar – STATİSTİKA

Azərbaycanda kredit borcu ilə əlaqədar STATİSTİKA

Azərbaycan Mərkəzi Bankı məlumat yaydı.

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il avqustun 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 472 min 302 nəfər kredit götürən şəxs (borc alan) var.

Oxu.Az xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı statistik məlumatda deyilir.

Bu isə ümumi əhalinin 27%-ni təşkil edir.

Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 438 min 268 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır.

Bundan əlavə, 11 083 hüquqi şəxslər, 22 min 951 nəfəri isə sahibkarlıq subyektidir.

Zamin şəxslərin sayı isə son bir ayda 15 min 823 nəfər artaraq, 1 milyon 157 min 351 nəfərə çatıb.

Onu da əlavə edək ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə 2 milyon 414 min 122 nəfər, iyunun 1-nə isə  2 milyon 434 min 759 nəfər olub.

Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti