Azərbaycanda maliyyə amnistiyası elan olunacaq

Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması istiqamətində iş aparılır.«APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bəyan edib.Qeyd edək ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Belə ki, F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz.Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var.Eyni zamanda F.Məmmədov bildirib ki, amnistiya barədə qərarın nə vaxt veriləcəyi hələ dəqiq məlum deyil.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat
17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

İqtisadiyyat
12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov

İqtisadiyyat
11:07
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev