Bakı Apellyasiya Məhkəməsinin hakimi öldü

09:00 | 30.09.2017
Bakı Apellyasiya Məhkəməsinin hakimi öldü

Bakı Apellyasiya Məhkəməsinin hakimi öldü

Bakı Apellyasiya Məhkəməsinin hakimi, məhkəmənin Mülki kollegiyanın sədri vəzifəsini icra edən Mehti Əsədov vəfat edib.
"Report" xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1986-1990-cı illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, 1990-2000-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2000-2007-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi, 2007-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi işləyib.

2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsini tuturdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti