Azərbaycanda müflisləşmə və iflas şərtləri dəyişdirildi

16:16 | 06.10.2015
Azərbaycanda müflisləşmə və iflas şərtləri dəyişdirildi

Azərbaycanda müflisləşmə və iflas şərtləri dəyişdirildi

Bu gün Milli Məclisin iclasında "Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.  
Modern.az-ın verdiyi xəbərə görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanuna yeni maddənin əlavə olunması təklif edilir.  

O, əlavə edib ki, qanun layihəsi Azərbaycanda investisiya və sığorta bazarının inkişafı ilə əlaqədardır: "Yeni maddəyə əsasən, səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq "İnvestisiya fondları haqqında” və "Sığorta fəaliyyəti haqqında” qanunların tələbləri nəzərə alınmaqla müflis elan edilir.  

Bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Sənəd Mərkəzi Banka şamil edilmir.

Qanunda istifadə edilən "borclu” anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir”.   Bu dəyişiklik "Müflisləşmə və iflas haqqında” və "Banklar haqqında” qanunlar arasında olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır.  

Sənəd qəbul edilib.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM