Azərbaycanda nəhəng otel tikilir - FOTO

15:54 | 04.07.2014
Azərbaycanda nəhəng otel tikilir - FOTO

Azərbaycanda nəhəng otel tikilir - FOTO

Bakı Ağ Şəhər layihəsində ilk otelin tikintisinə başlanıb.Qaynar.info-nun verdiyi xəbərə görə,  818 otaq və ümumi 90 000 m2 sahədən ibarət olacaq otel Azərbaycanın ən böyük oteli olacaq.Layihə yerli Paşa Construction şirkəti tərəfindən inşa edilir. Layihənin gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına üçün 2015-ci ilin birinci rübündə başa çatması gözlənilir.  Otelin ümumi dəyəri haqqında məlumatlı olmasaq da, onu qeyd edə bilərik ki, bir müddət əvvəl isə AE Arma-Electropanc türk podratçı şirkəti ilə təkcə otelin mexaniki, elektrik və santexnika işlərini görmək üçün 42.5 milyon dollarlıq  müqavilə imzalanıb.Qeyd edək ki, Bakı Ağ Şəhər Atkins tərəfindən layihələndirilmişdir. Ağ Şəhər 221 hektar ərazisi olan 10 qarışıq istifadə rayonlarından ibarətdir.Sahənin 75%-i yaşayış yerləri təşkil edəcəkdir ki, bu da yeni 19,700 ev təsərrüfatlarından ibarət yeni icma, eləcə də 48,000 yeni iş yeri təşkil edəcəkdir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür