Azərbaycanda nikahların sayı 10 faiz artıb

11:50 | 19.05.2023
Azərbaycanda nikahların sayı 10 faiz artıb

Azərbaycanda nikahların sayı 10 faiz artıb

Azərbaycanda nikaha daxil olanların sayında artım var, dövlət qeydiyyatına alınan nikahların sayı 10 faiz artıb. Boşanmaların sayı isə qismən azalıb. Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, mediasiya proseslərində ailə mübahisələri üstünlük təşkil edir.
 
"Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edənlər psixoloq xidmətlərindən keçirlər. 2018-ci ildən təşkil olunan belə xidmətlər nəticəsində 7 619 nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərdən 1 300-dən çoxunun bu fikirdən daşınmasına nail olunub. Belə psixoloq xidmətləri Bakı şəhərinin qeydiyyat şöbələrini əhatə edir. Biz bunun əhatə dairəsini də genişləndirməyi düşünürük”,- xidmət rəisi bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM