ANN.Az "Report"a istinadən xəbər verir ki, hesabatda orta ömrün yüksəlmə, ana və uşaq ölümlərinin azalma tendensiyası qeyd olunub.
Hesabatda göstərilib ki, inkişaf edən ölkələrdə orta ömür 1990-cı ildən təxminən doqquz il uzanıb. ÜST-ün statistikasına əsasən, Azərbaycanda qeyd olunan müddət ərzində orta ömür 63 yaşdan 72 yaşa qədər yüksəlib. Kişilərdə orta ömür 60 yaşdan (1990-cı il) 69 yaşa qədər, qadınlarda isə - 66 yaşdan (1990-cı il) 75 yaşa qədər artıb.
ÜST-ün məlumatlarına əsasən, dünyada vaxtsız ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyi, respitaro xəstəlikləri və insultlardır.
Bununla yanaşı, Azərbaycanda ana və uşaq ölüm halları azalıb. ÜST-nin məlumatlarına görə, əgər 2000-ci ildə Azərbaycanda ana ölümünün əmsalı hər 100 000 doğuşa 57 təşkil edirdisə, 2013-cü ildə bu göstərici 26-ya qədər azalıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !