• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycanda otellərin gəliri artıb

Azərbaycanda otellərin gəliri artıb
25.07.2024 13:35
2024-cü ilin ilk 6 ayında  Azərbaycan mehmanxana  və mehmanxana tipli obyektlərin gəlirləri  keçən ilin  yanvar-iyunu ilə müqayisədə 27% artaraq 265,7 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Əldə edilən gəlirin 60,7%-i  nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1% ictimai iaşə xidmətlərindən, 3,3% müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin payına düşüb. 
 
2024-cü ilin yanvar-iyununda mehmanxana ) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı da 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8% artaraq 1851,7 min nəfər təşkil edib.
 
Gecələmələrin ümumi sayının 66,5% Baknın payına düşüb. Bölgələr arasında otel xidmətindən daha çox Qusarda istifadə edilib. Belə ki, hoteldə qalanların  5,3% Qusar, 4,4% Naftalan 3,9% Quba, 3,6% Qəbələ, 3,3%  Şabran, 2% Lənkəran, 1,2%  Xaçmaz, 1% Naxçıvan Muxtar Respublikasını və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxana və mehmanxana tipli obyektlərə müraciət edib. 
 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı bu ilin ilk 6 ayıbda  2023-cü ilin yanvar-iyunu ilə  müqayisədə 37,1% artaraq 1080,9 min nəfər olub ki,  bu da ümumi gecələmələrin 58,4%-i  təşkil edir.
 
Daha çox otellərdən Hindistan vətəndaşları  istifadə edib.  Gecələmələrin ümumi sayının 21,1% Hindistan, 14,6% Rusiya Federasiyası, 7,8% Türkiyə, 6,6% Səudiyyə Ərəbistanı, 5,7% Birləşmiş Ərəb Əmirlikləri, 3,3% ABŞ, 2,8% Küveyt, 2,7% Qazaxıstan, 2,4% Böyük Britaniya, 2,2% Çin, 2,1%n  İsrail və s payına düşüb. 

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə bu ilin 6 ayında  34% artaraq 770,8 min nəfər olub ki, , bu da ümumi gecələmələrin 41,6%-i təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol