Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Əhalinin 70-80%-nin özəl sektorda çalışdığını deyən millət vəkili əlavə edib ki, özəl sektor qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırdığına görə yeni maaşları da formalaşdırır.
"Qalır dövlət və büdcə təşkilatlarında işləyənlər, təqaüd və müavinət alanlar. Onları isə dövlət artıq özünün qərarları və yaxud sərəncamları ilə müəyyən müddət qaldıracaq. Həm büdcə təşkilatlarında işləyənlərin maaşı qaldırılacaq, eyni zamanda təqaüdlərin qaldırılması gözləniləndir", - A.Mirzəzadə əlavə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !