Azərbaycanda polis generalının oğluna hökm oxundu

17:03 | 19.08.2015
Azərbaycanda polis generalının oğluna hökm oxundu

Azərbaycanda polis generalının oğluna hökm oxundu

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğluna hökm oxunub.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi ilə keçirilən prosesdə Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə T. Əsədullayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
 
Qeyd edək ki, bu il aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. 
 
Həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq)  maddələri ilə cinayət işi başlanıb.
 
Tamerlan Əsədullayev  iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür