Azərbaycanda post terminalların sayı azalıb

14:26 | 31.03.2023
Azərbaycanda post terminalların sayı azalıb

Azərbaycanda post terminalların sayı azalıb

2023-cü ilin yanvar-fevralında Azərbaycan banklar  bankomatların sayını 0,2% artırıb, pos-terminalların sayı isə 0,9% azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verib.  
 
"28 fevral 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,074 min ədəd bankomat quraşdırılıb ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,2% çoxdur", - AMB məlumatında bildirilir. 

Fevralın sonuna Bakıda 1607 ədəd (artım 1%), bölgələrdə 1467 ədəd (azalma 0,7%) bankomat quraşdırılıb.

Azərbaycanda  ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 79,13 min ədəd təşkil edib. Bu ötən ilin sonuna olan göstəricidən 0,9% azdır.
Bununla yanaşı, Bakıda 53,489 min ədəd (azalma 0,6%), regionlarda 25,641 min ədəd (azalma 1,4%) pos-terminal quraşdırılıb.

Hesabat dövründə pərakəndə ticarət obyektlərində 76,797 min ədəd pos-terminal quraşdırılıb ki, bu da  bütün pos-terminalların 97,1%-ni təşkil edir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb