Azərbaycanda problemli kreditlər artır

17:22 | 05.08.2015
Azərbaycanda problemli kreditlər artır

Azərbaycanda problemli kreditlər artır

Azərbaycanda problemli kreditlərin həcmində artım müşahidə olunur.
 
Bunu Trend-ə açıqlamasında Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.

Onun sözlərinə görə, ilin əvvəlinə problemli kreditlərin ümumi kredit portfelinə nisbəti 6% olduğu halda, 1 iyun 2015-ci ilə bu göstərici 8% təşkil edib.

Bank sektorundakı son vəziyyətdən danışan C.Abdullayev bir sıra məsələlərə də toxunub: "Bəzi banklar kreditləşməni məhdudlaşdırıb. Manatın məzənnəsinin dollara nisbətən dəyişməsindən sonra xarici valyutada kreditləri olan borcalanların ödəniş qabiliyyəti pisləşib. Dollar kreditlərinə tələbat azalıb və pul dövriyyəsi kiçilib. Təbii ki, bütün bunlar bank sektoruna təsirsiz ötüşmür”.

O, problemli kreditlərin idarə olunması sahəsində kadr çatışmazlığı ilə bağlı suala belə cavab verib: "Bu sahədə kadr çatışmazlığı yoxdur. Bütün kredit təşkilatlarında problemli kreditlərin idarə edilməsi strukturu və təcrübəli işçilər var. Biz ildə 60-100 nəfəri problemli kreditlərin idarə edilməsi üzrə təlimdən keçiririk”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti