Azərbaycanda qaçqın statusu almaq üçün necə nəfər müraciət edib? - STATİSTİKA

14:43 | 09.04.2024
Azərbaycanda qaçqın statusu almaq üçün necə nəfər müraciət edib? - STATİSTİKA

Azərbaycanda qaçqın statusu almaq üçün necə nəfər müraciət edib? - STATİSTİKA

2023-cü il 127 nəfər Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edib. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. 
 
Müraciət edənlərin sayı ailə üzvləri ilə birgə 191 nəfər olub. 
 
Ərizəçilər arasında  Cənubi Asiya ölkələri vətəndaşları üstünlük təşkil edir.
 
2022-ci il müraciət edənlərin sayı ailə üzvləri 298 nəfər olmaqla 169 nəfər olub.
 
2021-ci il bu statusu almaq üçün ərizə göndərələrin sayı 9 təşkil edib. 
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı son statistikasında açıqlayıb ki, hazırda dünyada 110 milyon qaçqın var. 
 
Hesabatda, həmçinin qeyd olunub ki, dünyada ən çox qaçqın qəbul edən ölkə Türkiyədir. Sonrakı yerləri İran, Kolumbiya və Almaniya tutur.

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb