Zərif cinsin nüayəndələrinin çalışdığı sahələrdə maaş azlığının səbəbləri
Ölkəmizdə belə bir tendensiya var ki, qadın kişidən az qazanmalıdır. Bu fikirlər artıq yazılmamış qanun və ya bir ənənəyə çevrilib. Həmin bu fikirlər isə bu gün qadınların orta aylıq əmək haqqlarında özünü göstərir.
ANS TV-nin məlumatına görə, Azərbaycanda isə orta aylıq əmək haqqı qadınlarda kişilərə nibətən çox aşağıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu problemin başlıca səbəbini qadınların peşə maraqları ilə əlaqələndirir. Qadınlar daha çox səhiyyə və təhsil sahəsində çalışdığından onların orta aylıq əmək haqları aşağıdır.
Nazir Səlim Müslümov bildirdi ki, elektron qeydiyyatı sistemində əmək müqavilələri üzrə çalışanların 46,7 faizi qadınlardır. Təqribən 53,3 faizi isə kişilərdir. Çalışan qadınların orta əmək haqqı kişilərə nisbətən aşağıdır.
Nazir bunun səbəbini isə qadınların daha çox səhiyyədə və təhsildə çalışdığını deyir. Çünki, bu sahələrdəki maaş digərlərinə nisbətən çox aşağıdır. İlk baxışdan bu gender bərabərsizliyi kimi görünsədə, əslində bu belə deyil.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !