"Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin ölkədaxili və Abşeron dairəvi marşrutları ilə bu ilin sentyabrında 809 minə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 % çoxdur.Bu barədə ADY məlumat yayıb.
Hesabat ayında Abşeron dairəvi marşrutu ilə 770 977 nəfər (ötən ilin sentyabr ayının göstəricisindən 28 % çox), Bakı-Ağstafa-Bakı marşrutu ilə 34 509 nəfər (46 % çox) və Bakı-Qəbələ-Bakı marşrutu ilə 3 500 nəfər (53 % çox) daşınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !