Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ANN.Az dövlət başçsının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, 2016-cı il 25-27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində təşkili üçün Azərbaycan 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !