Azərbaycanda qızılın qiyməti ilə bağlı proqnoz - Ekspert

14:12 | 30.03.2015
Azərbaycanda qızılın qiyməti ilə bağlı proqnoz - Ekspert

Azərbaycanda qızılın qiyməti ilə bağlı proqnoz - Ekspert

Yaxın gələcəkdə Azərbaycan bazarında qızılın ucuzlaşmasını gözləmirəm.

Oxu.Az-a bu barədə iqtisadçı-ekspert Samir Əliyev ölkə bazarında qızılın bahalaşması tendensiyasının nə vaxta qədər davam edəcəyi ilə bağlı sualı şərh edərkən bildirib.

İqtisadçının sözlərinə görə, hazırkı situasiyada qızılın dünya bazarında bahalaşmasına səbəb dolların ucuzlaşmasıdır. Samir Əliyev Azərbaycan bazarında qızılın bahalaşmasına səbəb olan məsələlərə də toxundu:

"Azərbaycan bazarında qızılın bahalaşmasına səbəb manatın devalvasiyası və qızıla tətbiq olunan aksiz vergiləri ilə bağlıdır. Biz qızılı xaricdən dollarla alırıq, belə olan halda manatla ifadədə qızılın qiyməti avtomatik olaraq qalxır”.

"Manat bahalaşsa, bazarlarda qızılın qiymətində azalma müşahidə oluna bilərmi?” sualına isə ekspert bu cür aydınlıq gətirdi:

"Dünya bazarında qızılın qiyməti ucuzlaşdığı halda belə bunun Azərbaycan bazarına təsiri o qədər də müşahidə olunmurdu. Qeyd etdiyim kimi qızılın hazırkı situasiyada bahalaşmasına səbəb manatın devalvasiyası ilə bağlıdır”.

Xatırladaq ki, qızılın satışı ilə məşğul olan satıcılar da qızılın bahalaşmasına səbəb kimi bu qiymətli metala tətbiq olunan aksiz vergisini göstərirlər.

Qeyd edək ki, ötən il Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, qızılın, ondan hazırlanmış zərgərlik məmulatlarının min çəki vahidindəki miqdarı (əyarı) 375 olduqda hər qramına görə 0,8 manat, 500 olduqda 1 manat, 585 olduqda 1,2 manat, 750 olduqda 1,5 manat, 958 olduqda 1,8 manat, 999 olduqda hər qramına görə 2 manat aksiz dərəcəsi tətbiq edilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM