İyulun 1-dən ölkədə "Rəqabət Məcəlləsi" qanunu qüvvəyə minib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Milli Məclis Milli Məclis "Rəqabət Məcəlləsi haqqında" qanunu 2023-cü ilin dekabrında qəbul edib.
Prezident bu qanunu 2024-cü ilin yanvarında təsdiq edib.
Bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbacanda Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bu istiqamətdə kifayət qədər ciddi addımlar atılacağına ümid var.
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılırdı. Yeni layihə 12 fəsil, 84 maddədən ibarətdir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !