Azərbaycanda seçkilərə 20 mindən çox müşahidəçi maraq göstərib

11:18 | 12.01.2024
Azərbaycanda seçkilərə 20 mindən çox müşahidəçi maraq göstərib

Azərbaycanda seçkilərə 20 mindən çox müşahidəçi maraq göstərib

Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək şəxslərin sayı artıq 20 min nəfərə çatıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Azərbaycan Respublikasının vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi” mövzusunda keçirilən dəyirmi masada deyib. 

Pənahov bildiri ki,  müşahidəçilərin sayının 50 mini keçəcəyi bildirilib. 

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədliyinin təsdiqi üçün 17 nəfər müraciət edib.
 
Seçkilərdə prezident kürsüsü uğrunda qeydə alınmış 7 namizəd mübarizə aparacaq. Bunlar hakm yeni Azərbaycan partiyasından namizəd və seçkii favoriti hesab edilən hazırki Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev , namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyev, Milli Cəbhə Partiyasından Razi Nurullayev və müstəqil namizəd Zahid Orucdur. 

Müşahidəçilər arasında  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçi missiyası əsas diqqət çəkir. Missiyaya Eoqan Merfi rəhbərlik edir. Yanvarın 5-dən ATƏT üzvü olan ölkələri təmsil edən 26 üzünmüddətli müşahidəçi Bakıya gəlib. Missiya seçkilərin nə dərəcədə beynəlxalq standart və öhdəliklərə, o cümlədən yerli qanunvericiliyə uyğun aparılması ilə bağlı müşahidə aparacaq.  

Seçki günü isə ATƏT DTİHB-nin dəvəti ilə daha 280 qısamüddətli  müşahidəçi Bakıya gələcək və seçki günü seçki məntəqələrində müşahidə aparacaqlar.

İndiyə qədər qurum  Azərbaycanda 12 seçkinin gedişini müşahidə edib.
 
Sonuncu dəfə ATƏT DTİHB 2020-ci ildə növbədənkənar parlament seçkilərində müşahidə aparıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti